"Problemin kökü Təhsil Nazirliyindəki rüşvətdir..." - NARAZILIQ!
Yardımlı sakini, rayonda 13 il müəllim işləmiş Cəlil Zabidov Təhsil naziri Emin Əmrullayevə sosial şəbəkə üzərindən müraciət edib.
C.Zabidov yazır ki, Təhsil Nazirliyinin rəsmi səhifəsində nazirin cənub zonasının vətəndaşları ilə video görüş keçirəcəyi qeyid olunub. O da şikayəti olan bir sakin kimi qeydiyyatdan keçib, amma onun qeydiyyatı təsdiqlənməyib.
C.Zabidov 2007-2020-ci illərdə müəllim işləyib. Özünün yazdığına görə, saxtakarlıqlara qarşı çıxdığı, haqqı müdafiə etdiyi üçün 2020-ci ilin mayında şərlənərək 5 ay müddətinə həbs edilib. Həmin ilin oktyabrında azadlığa çıxıb və o vaxtdan bəri işlə əlaqədar Təhsil Nazirliyinə dəfələrlə müraciət edib, amma cavab ala bilməyib.
C.Zabidov iddia edir ki, problemin kökü Təhsil Nazirliyindəki rüşvətdir. "Azərbaycanın təhsilini məhv etməklə məşğulsuz. Bütün vakansiyaları gizlədirsiz, müəllimlərə pulla satırsız iş yerlərini. Direktoru, müəllimi, direktor müavinlərini rüşvətlə işə götürürsüz...", - deyə Yardımlıdan keçmiş müəllim yazır.
Gundemxeber.Az XalqXeber.Az

Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq