"Azərsu" eyni yeri ayda 2-3 dəfə qazır - Şəhidin yaşadığı binanın sakinlərindən ETİRAZ - FOTOLAR
Binəqədi rayonu, 9-cu mikrorayon qəsəbəsi, Mir Cəlal Paşayev küçəsində yerləşən binanın sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin həmin ərazidə davamlı söküntü işləri aparmasından şikaytçidirlər.
Bu barədə Bakupost.az -a müraciət edən vətəndaşlar bildiriblər ki, "Azərsu" hər dəfə yolun eyni hissəsində müxtəlif səbəblərlə söküntü işləri aparır:
“Yayda “Azərsu” bu ərazidən keçən su xəttini düzəldib. 2-3 aydan bir yenə də gəlib, buranı qazıb, çıxıb gedirlər. Avtomobillərin o istiqamətdə hərəkəti çətinləşir, çünki yol çökmüş vəziyyətdədi. Həmin ərazidən böyük maşınlar keçə bilmirlər. Bina sakinləri maşınlarını başqa yerdə saxlayırlar.
Bundan başqa, o yol Vətən müharibəsində şəhid olan pilot mayor Abbas Qasımovun yaşadığı binanın düz qarşısıdır. Senyabrın 27-si şəhidimizin ildönümüdür. Bu səbəblə oraya insan axını olacaq, maşınlarla hərəkət çoxalacaq. Ona görə də müraciət edirik ki, aidiyyəti qurumlar bu işə məsuliyyətlə yanaşıb həmin ərazidəki işləri yekunlaşdırsınlar. Xırda bir şeyə görə hər dəfə gəlib sökürlər, sonra da çıxıb gedirlər. Artıq 4-5 dəfədir ki, buraya asfalt çəkilir, “Azərsu” da qazıb gedir. Olmaz belə”.
Məsələ barədə “Azərsu” ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı qeyd olunan əraziyə əməkdaşlarının göndəriləcəyini dedi:
“Gün ərzində əməkdaşlarımız həmin əraziyə göndəriləcək. Məsələni araşdırıb, həll edəcəyik”.
Aygün Nəbiyeva
Baku Post





Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq