SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şəhid ailələri və qazilər üçün fonda bir qəpik də ödəməyən banklar var - “YAŞAT”-maq İSTƏMƏYƏN BANKLAR

Şəhid ailələri və qazilər üçün fonda bir qəpik də ödəməyən banklar var - “YAŞAT”-maq İSTƏMƏYƏN BANKLAR

Tarix:

31-08-2021, 21:41

/ 1 230 dəfə oxundu.
Şəhid ailələri və qazilər üçün fonda bir qəpik də ödəməyən banklar var - “YAŞAT”-maq İSTƏMƏYƏN BANKLAR

Ölkə vətəndaşlarının və sahibkarların ən çox narazı və şikayətçi olduğu sahələrdən biri kimi bank sektoru təkcə özünün birbaşa funksiyaları sarıdan deyil, ictimai həyatdakı roluna görə dəən çox ”axsayan” istiqamətlərdən biridir. Bir çox banklar yalnız müştəriləri və dövlət büdcəsi yox, ümumilikdə cəmiyyət qarşısındakı məsuliyyətini də dərk etməkdən çox-çox uzaqdırlar.

Məlum olduğu kimi, Vətən Müharibəsində şəhid olanların ailələri və qazilərin sosial təminatını yaxşılaşdırmaq məqsədilə yaradılan “YAŞAT” Fonduna qısa müddət ərzində sıravi vətəndaşlardan tutmuş irili-xırdalı bir çox şirkətlər, eləcə də dövlət müəssisələri və digər təşkilatlar tərəfindən xeyli vəsait köçürülüb. Lakin maraqlıdır ki, fondun rəsmi internet səhifəsinə nəzər yetirdikdə bank sektorunun bu məsələdə bir o qədər də aktiv olmadığını görürük. Belə ki, heç də bütün ölkə bankları “YAŞAT”-a vəsait köçürməyib.

Gəlirləri milyonlarla, on milyonlarlıa ölçülən elə banklar var ki, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan bu fonda cəmi 5-10 min manat köçürüblər. Ancaq elələri də var ki, heç bir qəpik belə ödəməyiblər.

Məsələn, ölkədəki ən populyar və reklam olunan banklardan olan “Bank of Baku” “YAŞAT” Fonduna cəmi 5 min manat köçürüb. “Rabitəbank” da çox böyük əlaçıqlıq göstərməyib və fonda cəmi 15 min manat ödəyib.

“YAŞAT”-a bir qəpik də ödəməyənlər sırasında isə məsələn, Fövqəladə Hallar nazirinin bankı kimi tanınan və səhmlərinin demək olar ki, hamısı rəsmən K.Heydərovun bacanağı Hikmət İsmayılova məxsus olan “AFB” Bank var. Həmçinin, “Unibank”, “Premium bank”, “Azərbaycan Sənaye Bankı”, “VTB”, “BTB”, “Bank Avrasiya” kimi banklar da fonda bir qəpik belə ödəməyiblər. O cümlədən “Accessbank”-ın da adı “YAŞAT” Fondunun rəsmi internet səhifəsindəki siyahıda yoxdur.

Göründüyü kimi, analoqu olmayan yüksək kredit faizləri, korrupsiya, saxtakarlıq, süründürməçilik, keyfiyyətsiz xidmət, xərclərin şişirdilməsi və s. neqativ əməllərilə öndə olan, dövlətin və vətəndaşın cibinə girməkdə ad çıxaran bank sektorumuzun bir çox təmsilçiləri ölkə üçün həyati əhəmiyyət kəsb edən sosial layihələrdə iştirak məsələsinə gəldikdə “axsayırlar”...
“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ