XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əlövsət Ağalarov-Eldar Həsənov-Əli Həsənov triosu bizə nə vəd edir? – Faktların izi ilə

Əlövsət Ağalarov-Eldar Həsənov-Əli Həsənov triosu bizə nə vəd edir? – Faktların izi ilə

Əlövsət Ağalarov-Eldar Həsənov-Əli Həsənov triosu bizə nə vəd edir? – Faktların izi ilə
26-08-2020, 17:36

Azərbaycan olduqca mühüm və həlledici siyasi mərhələyə qədəm qoyur. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları, ölkəmizin beynəlxalq miqyasda artan rolu fonunda xarici dairələrin fəallaşması, digər tərəfdən antiMİLLİ Şuranın və uzun müddət hakimiyyətin yuxarı eşolonunda təmsil olunmuş qüvvələrin hərəkətə keçməsi diqqətdən yayınmır.
Bəs görəsən nə baş verir və bu qüvvələrin birdən-birə fəallaşması nə ilə bağlıdır?
2018-ci ilin aprel seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev dərin və köklü islahatların həyata keçiriləcəyi anonsunu verdi. Dövlət başçısının bu çıxışından sonra hakimiyyət daxilindəki məlum qruplaşma hərəkətə keçdi və hər vəchlə bu islahatların qarşısını almağa çalışırdı. Təsadüfi deyil ki, ölkədə ictimai-siyasi vəziyyəti və mətbuatı nəzarət altında saxlayan məlum qruplaşma mərkəzi icra hakimiyyətində təmsil olunan yeni kadrları ləkələməyə başladı. Radikal müxalifət qüvvələrinin təxribatçı çağırışlarına laqeyd yanaşan bu qruplaşma onlara yalnız təkrarçı və məzmunsuz cavablar hazırlamaqla, ictimai rəyi çaşdırmağa çalışırdı. Sanki məqsədli şəkildə elə rəy aşılanırdı ki, radikal müxalif qüvvələr haqlıdır və məlum tezislər iqtidarın arqumentsizlikdən əziyyət çəkməsi səbəbindən baş verir.
Troll siyasəti və doğurduğu acı nəticələr…
Yaxın tarixə qısa ekskurs etsək aydın görərik ki, məlum qruplaşma troll siyasətindən geniş istifadə edib və bu siyasətin kökündə guya iqtidarı dəstəkləyən qüvvələri bir araya gətirmək, müxalif qüvvələrə qarşı mübarizəni gücləndirmək arqumenti dayanıb. Əslində isə iqtidarı dəstəkləyən qüvvələri bu yolla nüfuzdan salmaq, heç bir fəaliyyəti olmayan radikal müxalifət partiya və birliklərini gücləndirmək, onların fəaliyyətinə situm vermək məqsədi daşıyan bu "texnologiya” sonrakı müddətdə gənc nazirlərə və yeni kadrlara qarşı sınaqdan keçirildi.
Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirə zamanı söylədiyi "Bu islahatlar onların şəxsi maraqlarına toxunur. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir” bəyanatı və ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən söylədiyi "Sizə qarşı təxribatlar törədildi, eyni zamanda mətbuatda çirkin kampaniyalar aparıldı. O adamların bizim aramızda yeri yoxdur” fikirləri aydın şəkildə göstərirdi ki, məlum qruplaşmanın əsas məqsədi Azərbaycan dövlətini zəiflətmək və təmsil olunduqları "beşinci kolon”un istəklərini həyata keçirməkdir.
Eldar Həsənov və Əli Həsənovu bağlayan tellər…
Prezident İlham Əliyevin "köhnə qvardiya”nı islahatçı məmurlarla əvəzləməyə başladığı, islahatların növbəti dalğasının start götürdüyü bir ərəfədə illərdir mitinq, aksiya müzakirələrini qapadan, yalnız bəyanat və müsahibə verməklə öz işini bitmiş sayan antiMİLLİ Şura "qış yuxusu”ndan ayılıb mitinq təyin etdi. Ssenari artıq tam gücü ilə işə düşmüşdü və "beşinci kolon” hücum əmrini vermişdi. Lakin Prezidentin məntiqli və düşünülmüş qərarları bu dəfə də onları məyus etdi və "beşinci kolon” öz istəyinə çatmadı. Artıq bundan sonra heç bir qüvvə bu islahatların qarşısına sədd çəkə və qarşısını ala bilməzdi. Daxildə müxalifətin işə yaramadığını görən "beşinci kolon” bu dəfə "mühacir kartı”ndan yararlanmağa çalışdı. Çox iyrənc formada. Azərbaycan siyasətinə söyüş ritorikası gətirildi. Özü də bu siyasətin "qurbanları” arasında "beşinci kolon”un iqtidar təmsilçiləri də yer alırdı. Necə deyərlər, "kanta” atmaqla bu işi də yola verdilər.
Əli Həsənovun "drijor çubuğu” qaldırdıqca hamiləri onun mükafatını artırırdı. Əslində Əli Həsənov indiyə qədər xidmət göstərdiyi heç bir qüvvəyə sədaqət göstərməyib. Onun üçün öz şəxsi maraqları, biznes əlaqələri həmişə strateji hədəf olub və bu "xidmətin” qarşılığında həm özünün, həm də ailəsinin biznes imkanlarını artırıb. Əgər belə olmasaydı, "ürəyimdə ağrılar yaranıb” bəhanəsi ilə aradan çıxmaz, Ramiz Mehdiyevin əziz günündə Siyavuş Novruzov, Abel Məhərrrəmov və digərləri ilə bərabər olardı. Görünən budur ki, onda gənc Obmudsman Səbinə Əliyeva qədər sədaqət və ləyaqət yox imiş. Əli Həsənov Prezident Admistrasiyasında sadiq tərəfdarlar ordusu yaratmışdı və bu ordunun "şanlı simaları” Bəhruz Həsənov, Gülsel Səfərova, Cəmaləddin Quliyev və digərləri açıq şəkildə PA rəhbərliyini, Samir Nuriyevi, Anar Ələkbərovu açıq hədəfə alırdılar. Sözsüz ki, "Həsənovun sadiqləri” hər yerdə idi və onların "şanlı nümayəndəsi” Gülsel Səfərovanın Eldar Həsənovun tədbirlərində başda otuzdurulması bu xüsusda təsadüfi sayıla bilməz.
Əlövsət Ağalarov kimə və nəyə eyham vururdu?
Onu tanıyanların dediyinə görə, Eldar Həsənov çox hiyləgər adam idi və harasa qonaq qismində çağırılardısa, orada kiçikdən böyüyə hamının əhvalını soruşar, "səxavət kisəsindən” paylayardı. Onun Azərbaycanda, müxtəlif dövlətlərdə şəbəkəsi mövcud idi və bu şəbəkənin informasiya təminatını həyata keçirən əsas şəxs Əli Həsənov idi. Həsənov bu fəaliyyətinə görə, yüksək "qonarar” alar, bu böyük məbləğdən qəpik-quruşu da öz "sadiq tərəfdarlarına” paylayardı. Axı Həsənovun dəfn etdiyi Azərbaycan mətbuatında hamı ehtiyaclı idi və Əlinin özü üçün çox kiçik görünən rəqəmlər bəzi adamlar üçün sadəcə yaşamaq üçün çıxış yolu idi. Eldar Həsənov-Əli Həsənov cütlüyü Türkiyədə də geniş əlaqələrə malik idi və onların qeyri-rəsmi Türkiyə nümayəndəsi Akkan Suver "Türkiyə-Ermənistan” Qadınlar Qrupunun rəhbəri idi. Eldar Həsənovun bütün toplantılarda Akkan Suver və Gülsel Səfərova yanaşı və başda otururdu. Bu adamlar üçün heç bir mənəvi dəyər qalmamışdı və Dağlıq Qarabağda Azərbaycanın fəallaşmasından da ciddi narahatlıq keçirirdilər.
Eldar Həsənovun Azərbaycanda "xeyir-şər” işlərini uşaqlıq dostu Əlövsət Ağalarov həyata keçirirdi. Bu məqamda haşiyəyə çıxaraq bildirək ki, Ə.Ağalarov Milli Məclisin sabiq deputatıdır. O, "istedadlı texnokrat” idi və "əməkdar jurnalist” olaraq ictimaiyyət və mətbuat nümayəndələri ilə sıcaq münasibətləri var idi. Onun əməkdar jurnalist adına layiq görülməsi də Eldar Həsənov-Əli Həsənov cütlüyünün xidməti idi. Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun Əli Həsənovun ən yaxın adamlarından olması, rəhbəri olduğu Nəşriyyatı "reket yuvası”na çevirməsi hər kəsə məlumdur. Eldar Həsənov və Əli Həsənovun sayəsində Əlövsət Ağalarov Azərbaycan Nəşriyyatında Baş redaktor təyin edilmişdi və hazırda da həmin vəzifədə çalışır.
Əlövsət Ağalarovun Eldar Həsənovun həbsi ilə bağlı açıqlamasından kiçik sitat:
"Azərbaycanın, ümumən bütün türk dünyasının ləyaqətli oğlu, Azərbaycanımızı 20 ilə yaxın bir dövrdə, yəni əsrin beşdə biri müddətində Avropanın 4 ölkəsində ləyaqətlə təmsil edən, dövlətinə, millətinə, Prezidentinə sadiq olan Eldar Hümmət oğlu Həsənovun anlaşılmazlıq səbəbi ilə həbsindən üzüldüyümü bəyan edir və bildirmək istəyirəm ki, bu həbsin ətrafında ajiotaj yaradan, şou düzəltmək istəyənlər bu dəfə də çirkin məqsədlərinə nail ola bilməyəcəklər”.
Necə yəni anlaşılmazlıq?! Adamın barəsində cinayət işi açılıb və əyintilərə yol verdiyi rəsmi təsdiqini tapıb.
Göründüyü kimi, "beşinci kolon” yenə iş başındadır və regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilən Azərbaycanı təzyiq altında saxlamağa, ölkəmizi böyük islahatlar kursundan geri çəkindirməyə çalışır. Ortada tarixi təcrübə var və dəfələrlə bu səpkili təxribatların şahidi olmuşuq. Lakin heç zaman təxribatlar məntiqi hədəfinə çatmayıb. Necə ki, Prezident İlham Əliyev deyirdi: "Uduzan biz yox, onlar olacaq”.
Cəsur İsmayılov, SOSİUM.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.