SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Lotu Quli"nin öldürüldüyü otel Azərbaycanlı məmura aiddir? - Sərxan Babayev kimdir?

"Lotu Quli"nin öldürüldüyü otel Azərbaycanlı məmura aiddir? - Sərxan Babayev kimdir?

Tarix:

21-08-2020, 13:43

/ 2 675 dəfə oxundu.
"Lotu Quli"nin öldürüldüyü otel Azərbaycanlı məmura aiddir? - Sərxan Babayev kimdir?

Vertex İnvestment Limited" şirkəti oteli azərbaycanlıya həvalə edibmiş
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb.

Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onu öldürənin öz yaxın adamı Xan Əhmədlinski ləqəbli kriminal avtoritet olduğu bildirilir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.
Hadisə "Alva Donna Exclusive Hotel Spa" adlı turistik təsisdə baş verib.
Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited" şirkətinə satılıb.

Aznews.az saytı məlumat yayıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Sfera.az isə "Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı maraqlı informasiyalar əldə edib. Həmin məlumatda bildirilir ki, bu şəxs DetAl Holdinqin baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.
Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Adminstrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir.
"Lotu Quli"nin öldürüldüyü otel Azərbaycanlı məmura aiddir? - Sərxan Babayev kimdir?











Şərhlər

XƏBƏR LENTİ