XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Prezident layihə hazırlatdı: Administrasiya ləğv olunur, Mehdiyev erası bitir

Prezident layihə hazırlatdı: Administrasiya ləğv olunur, Mehdiyev erası bitir

Prezident layihə hazırlatdı: Administrasiya ləğv olunur, Mehdiyev erası bitir
25-04-2017, 11:50

Prezident İlham Əliyev Milli Məclisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.
Məlumata görə, layihə də qeyd olunur ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,” sözləri “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,” sözləri ilə, “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözləri “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin” sözləri ilə əvəz edilsin.
Həmçinin bax: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihəni A24.Az-a hüquqşünas Ələsgər Məmmədli şərh edib.
Hüquqşünas bildirir ki, bu konstitusiyadan irəli gələn bir dəyişiklikdir:
“26 sentyabr 2016-ci ildə Konstitusiya dəyişikliyindən sonra l vitse-prezident yaradılması məsələsi gündəmə gəldi. Buna görə “Dövlət Qulluğu”nun təsnifatına yenidən baxılması nəzərdə tutulub. Bu konstitusiyadan irəli gələn dəyişiklikdir. Burda bir məqam görünür ki, artıq prezident administrasiyası sözü olmayacaq. Prezidentin fəaliyyətinin tənzimləyən “orqan” sözü qanunvericiliyə gətirilir”.
Ələsgər Məmmədlinin sözlərinə görə, bu yeni bir məqadamdır:
“Yəqin ki, yaxın vaxtlarda yerli icra hakmiyyəti haqqında əsasnaməyə bir köklü dəyişiklik olacağını görəcəyik. Çünki bu onun xəbərdarlığı ilə verilir. Artıq prezident administrasiyası bu gündən prezidentin fəaliyyətini tənzimləyən orqan kimi təqdim olunacaq(Prezident administrasiyası sözü kimi yox). Administrasiya rəhbərləri müavinlərinin statusu eyni ilə l vitse-prezidentin köməkçiləri ilə müavini sözü statusu ilə eyni səviyyədə olacaq”.
Hüquqşünas bu dəyişikliyin sırf təsnifatla bağlı məsələ olduğunu da diqqətə çatdırdı:
“Yəni kimlər kimlə bərabər səviyyədə tutulur. Diqqət etsəniz burda müavini sözü prezident administrasiyası rəhbərinin müavini səviyyəsi l vitse-prezident eyni tutulur. Burda görünməyən amma daha sonra dəyişəcəyi aydın şəkildə görünən struktur, (bildiyimiz kimi prezident icra hakmiyyəti strukturlarını əsasnamə ilə tənzimləyir, qanunla yox. Bu əsasnaməni də prezident qəbul edir. Konstitusiyada hakmiyyət bölgüsü prinsipi baxımından parlamentin səlaiyyətində olan məsələ deyil) yerli icra hakimiyyəti haqqında əsasnamədə dəyişikliyin olacağıdır”.
“Bundan sonra isə prezident administrasiyası sözü qanunvericilikdən çıxarılacaq. Yaxud da başqa formada adlandırılacaq”, – deyə Ə.Məmmədli əlavə edir.

A24.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.