XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Səfər Mehdiyevin yeni İNHİSAR MODELİ... - Banandan başlayan islahatlar...

Səfər Mehdiyevin yeni İNHİSAR MODELİ... - Banandan başlayan islahatlar...

Səfər Mehdiyevin yeni İNHİSAR MODELİ... - Banandan başlayan islahatlar...
2-03-2020, 10:56

"Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

DİA.AZ xatırladır ki, Səfər Mehdiyev bu çıxışını düz iki il əvvəl 2018-ci ilin dekabrında etmişdi və o ərəfədə postunda hələ yeni olan Səfər Mehdiyev hətta məmur etikasının daha da dərinliklərinə gedərək inhisarçılığın bir faizini göstərən olacağl təqdirdə istefaya gedəcəyini də bildirmişdi. Doğrudur, həmin sözündən tutub DGK sədrinə qalaq-qalaq faktlar təqdim olunsa da, Səfər Mehdiyev nəinki istefa vermədi, əksinə, inhisarçılığın daha da genişlənmiş, modernləşmiş versiyasını yaratmış oldu.

Bütün bunları xatırlada məlumatlı mənbə bildirir ki, əslində həmin ərəfədə Səfər Mehdiyevin daha çox banandan danışması da təsdüfi deyildi: "Məlumdur ki, ölkəyə bananı gətirən konkret şəxs var və həmin dönəmdə məlum şəxsin mövqeləri kifayət qədər səif idi. Ona görə də Səfər Mehdiyev banandan rahatlıqla danışdığı halda digər malların gəririlməsindən eyni şövqlə danışa bilməmişdi. Elə buradan da hörmətli gömrük şefinin hansı dərəcədə səmimi olduğunu müəyyən etmək olardı. Amma yenə də bu məsələyə heç ehtiyac da qalmadı. Səfər Mehdiyevə yetərincə inhisarçılıq faktları təqdim olundu. Bu gün də gömrükdə monopoliya davam edir. Amma nə olsun ki? Nə istefa verən var, nə də bu prosesi önləyən..."

Hələ keçən günlərdə qeyd etmişdik ki, Səfər Mehdiyev köhnədən də gömrükdə inhisarçılıq sistemindən əsas qidalananlardan biri olub. Məhz onun yaxın çevrəsi bu gün ayrı-ayrı istiqamətləri öz nəzarətində saxlayır. Doğrudur, kiməsə hansısa məhsulun gəririlməsi ilə bağlı rəsmi qadağa yoxdur. Amma elə bir şərait yaradılır ki, inhisara alınmış məhsulun ölkəyə gətirilməsi müşkülə və yaxud da biznes maraqları baxımında sərfəli olmayan bir işə çevrilir. Hansı sahibkar özünə ziyan edən bir sahəyə baş vurar ki?

Bunu necə edirlər? Səfər Mehdiyevin yeni inhisarçılıq modelini də təqdim etmişdik: "Bildiyiniz kimi, idxal mallarının kodları var. Gömrük Məcəlləsində, gömrük tariflərində də qeyd olunub – kodlara görə mala 5 faiz də tətbiq etmək olur, 10 faiz də, 15 faiz də. Hətta qaimədə, bəyannamədə yazılsa belə, Gömrük Komitəsinin əməkdaşları tətbiq edəndə kodu dəyişik tətbiq edirlər. İnhisarçı şirkətə gömrük rüsumunu 5 faizdən tətbiq edirlər, adi sahibkarın həmin kodla olan malına 10-15 faizdən. İnhisarçılığın yeni növləri bunlardır. Yəni bu yolla yenidən inhisar qorunmuş olur və Səfər Mehdiyevin söylədiklərinin həqiqətdən uzaq olduğu aşkara çıxır. Bu gün faktdır ki, Azərbaycanda əsas inhisarçılar elə DGK sədrinin öz qohumları və yaxın ətrafıdır".

Odur ki, banandan başlayan islahatların çürük qoz qədərində effektiv olmayacağını gərək elə əvvəlindən təxmin eərdik...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.