SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında

İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında

Tarix:

16-03-2017, 11:03

/ 2 419 dəfə oxundu.
İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında

Martın 16-da Azərbaycanın paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Şərhlər

XƏBƏR LENTİ