Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

Ukrayna Təhlükəsizlik Xidməti ("Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi) Rusiyanın Samara vilayətindəki "Samara" xətti-istehsalat-dispetçer stansiyasına dronlarla zərbələr endirib.
Bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində obyektdə genişmiqyaslı yanğın baş verib.
İlkin məlumatlara görə, hər birinin həcmi 20 min kubmetr olan beş xam neft rezervuarı zədələnib.
"Samara" stansiyası Rusiyanın neft nəqli infrastrukturunun mühüm hissəsidir və "Urals" ixrac neft növünün istehsalı ilə bağlıdır. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır