“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı klub prezidenti Tahir Gözəlin çıxışına münasibət bildirib.
Qurban Qurbanov T.Gözəllə bu barədə danışmadığını deyib.
“Ola bilər ki, rəhbərlik səviyyəsində nəsə danışılıb. Mən Tahir bəylə bu barədə danışmamışam”, - Q.Qurbanov qeyd edib.
Təcrübəli mütəxəssis Joni Montielin oyunlarda aqressiv olmasına da münasibət bildirib: “Montiel topla oynayan futbolçudur. Belə halda da rəqiblər ona qarşı aqressiv oynayır. O da istər-istəməz hakimə, rəqib oyunçulara etiraz edir. Orada elə xırda detallar var ki, biz uzaqdan görməyə bilərik. Kimsə hansısa sözü deyə bilər, kimsə ayağını tapdalayar. O da insandır və öz narazılığını bildirir. Bu oyunlarda aqressivlik futbolçunun toparlanmasına kömək edir”. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var