Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…
Memar Elçin Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərdiyi məktuba agentlikdən gələn kobud və laqeyd cavabla bağlı status paylaşıb.
Tribuna.az-ın xəbərinə görə, memar AYNA məmurlarının adi müraciət mədıniyyətinin olmadığını bildirib: “Yanvar ayının ortalarında qızımla birlikdə məktəbə gedirdik və Əhməd Cavad küçəsini bunun üçün nəzərdə tutulmuş yerdən keçməyə qərar verdik. Yaxınlaşdıq, sola-sağa baxdıq, heç kim yox idi — və cəsarətlə ağ rəngli piyada «zebrasına» addımladıq.
Və birdən hiss etdik ki, üzərimizə 99JP019 dövlət nömrə nişanlı, «Faiqoğlu» şirkətinə məxsus iri bir marşrut avtobusu ildırım sürətilə gəlir və ümumiyyətlə əyləcləmək fikrində deyil… Son anda qızımı yol keçidindən kənara itələməyə macal tapdım, özüm isə akrobatik bir sıçrayışla qaçılmaz ölüm zərbəsindən yayındım…
Ağır stressdən sonra özümə gəlib «AYNA»ya – Yerüstü Nəqliyyat Agentliyinə – zəng edib şikayət etdim. Və bu gün dövlət qurumundan, Heydər Rüstəmov adlı bir məmurdan elektron poçtuma tapmaca adında bir məktub aldım.
Başa düşürəm ki, mən Çin istehsalı yaşıl gödəkçədə adi bir vətəndaşam, amma heç olmasa müraciət mədəniyyətinin minimum səviyyəsini qorumaq olardı: nə «hörmətli», nə baş verənlərə görə bir üzrxahlıq…
«Nəzərə alın» – vəssalam, «vətəndaş Əliyev». Və…
Yaxşı ki, hələlik «vətəndaş» deyə müraciət ediblər — axı belələri mənim vergilərimin hesabına orada oturublar… Məncə, dövlət qurumlarında hələ də tərbiyəsi və elementar mədəni səviyyəsi olmayan məmurlara rast gəlinir.
Amma təəccüblənmirəm, bu AYNA-dır axı. Necə yazılı cavabda, elə də yollarda: hava limanı yolunda iri, qara rəngli bir dövlət avtomobili tərəfindən həyasızcasına sıxışdırıldığımı hiss etdim”.(Tribuna.az)
XalqXeber.Az





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır