Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos dəyişən geosiyasi şəraitdə regional sabitlik və nəqliyyat əlçatanlığı, həmçinin ticarət və investisiyalarla bağlı Aİ-Türkiyə əməkdaşlığını müzakirə etmək üçün sabah Türkiyəyə yola düşəcək.
"Report"un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, onun Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, eləcə də xəzinə və maliyyə naziri Mehmet Şimşeklə görüşləri gözlənilir.
Komissаr Kos maliyyə naziri ilə birlikdə Türkiyədə "yaşıl keçid"ə töhfə verən kiçik və orta müəssisələr üçün Avropa İnvestisiya Bankının 200 milyon avro məbləğində yeni krediti haqqında müqavilənin imzalanması mərasimində iştirak edəcək.
Səfər zamanı Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlçatanlığı sahəsində regional gündəlik müzakirə olunacaq.
"Aİ və Türkiyə arasında Gömrük İttifaqı məsələsi gündəliyin mühüm hissəsini təşkil edəcək", - məlumatda qeyd edilib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır