Qax meşələri talan edilir: Meşə rəhbərliyi susur? VİDEO
Qax rayonu uzun illərdir sıx meşə örtüyü, nadir ağac növləri və ekoloji balansı ilə seçilib. Lakin redaksiyamıza daxil olan məlumatlar bu təbii sərvətlərin ciddi təhlükə altında olduğunu göstərir. Rayonun müxtəlif ərazilərində iri gövdəli ağacların kütləvi şəkildə qırıldığı və Şotavar kəndində həmin ağaclardan isə qanunsuz kömür hazırlandığı bildirilir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumata görə, gecə saatlarında meşə massivlərindən çıxarılan ağaclar kənd ərazisində primitiv üsullarla yandırılaraq kömürə çevrilir. Bu proses nəinki meşə fonduna ciddi ziyan vurur, eyni zamanda ekoloji təhlükə yaradır, havanı çirkləndirir və gələcək nəsillər üçün bərpası mümkün olmayan itkilərə səbəb olur.
Bu faktlar fonunda ən ciddi sual Meşələrin İnkişafı Xidmətinin rəisi Ramiq Əşrəfova ünvanlanır: Bu miqyasda baş verən meşə talanından doğrudanmı xəbəriniz yoxdur, yoxsa xəbər var, amma susulur?
Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 78 və 79-cu maddələrinə əsasən meşələrin qorunması, qanunsuz qırıntıların qarşısının alınması və nəzarət birbaşa Meşələrin İnkişafı Xidmətinin səlahiyyət və məsuliyyəti altındadır. Eyni zamanda, Cinayət Məcəlləsinin 259-cu maddəsi meşələrin qanunsuz qırılmasını cinayət əməli kimi tanıyır və bu əməllərə görə azadlıqdan məhrumetməyədək ağır cəzalar nəzərdə tutur.Şotavar kəndində kömür istehsalı primitiv üsullarla, açıq havada, ekoloji normalar tapdalanaraq həyata keçirilir. Bu isə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun kobud şəkildə pozulmasıdır. Belə fəaliyyətin icazəsiz aparılması yalnız icraçıların deyil, nəzarət edən qurumların da məsuliyyətini ortaya qoyur. Qax meşələrində iri texnika ilə ağaclar kəsilir, kömür hazırlanır, daşınır – bəs Meşələrin İnkişafı Xidmətinin yerli strukturları nə işlə məşğuldur, Bu proseslər illərlə davam edirsə, bunu “bilməmək” mümkündürmü?
Bu, artıq təbiətə qarşı cinayətdir.Bəs rayon rəhbərliyi hara baxır.Axı belə halların qarşısını almaq üçün müvafiq qanunvericiliyə uyğun komissiya təşkil edib monitorinq apara bilər.
Bu cinayətdə yalnız baltanı tutan yox, susan da məsuliyyət daşıyır.
Xatırladaq ki,12 noyabr 2025-ci il tarixdən Qax rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevdir(Mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub