Müharibə dayandırılsa, Zelenski bu sənədi imzalaya biləcək
Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib, lakin sənəd hələ imzalanmayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (Davos) ABŞ Prezidenti Donald Trampla bir saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu gün Amerika heyəti və ABŞ Prezidenti ilə apardığımız söhbətdə dedik ki, təhlükəsizlik zəmanətləri sənədi hazırdır, sənəd tamamlanıb, indi yalnız imzalanmalıdır. Lakin sənəd yalnız müharibə dayandırıldıqdan sonra qüvvəyə minəcək",- deyə Zelenski bildirib.
Sənədin statusu barədə yenidən sual verildikdə o əlavə edib: “Sənədlə işimizi başa çatdırmışıq. Sənəd prezidentlər tərəfindən imzalanmalıdır və sonra parlamentlərə göndəriləcək.”
Zelenski həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri üzrə razılıq tamamlanıb, lakin ərazi məsələləri hələ həllini tapmayıb və Rusiya tərəfini kompromisə çağırıb. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır