Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı-Fotolar
Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var. Bakupost.az-ın redaksiyasına müraciət edən zərərçəkənlərin bildirdiyinə görə, onlar Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.
Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əbiyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur. Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib.
Məsələ ilə bağlı Aynurə Seyidova Bakupost.az-a açıqlamasında bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var:
“Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.(Bakupost.az)
XalqXeber.Az





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır