ABŞ Suriyada həbsdə olan 7 minədək İŞİD-çini İraqa köçürür

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvlərinin Suriyanın şimal-şərqindən İraqa köçürülməsi məqsədilə yeni missiyaya start verdiyini açıqlayıb.
Bu barədə məlumat CENTCOM-un rəsmi səhifəsində yerləşdirilib.
Bildirilib ki, missiyanın məqsədi terrorçuların təhlükəsiz həbsxanalarda saxlanılmasını təmin etmək və mümkün qaçışların qarşısını almaqdır.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Həsəkə şəhərindəki saxlanma mərkəzində saxlanılan 150 İŞİD döyüşçüsünü uğurla İraqda təhlükəsiz yerə köçürüb. Ümumilikdə, 7 minədək İŞİD-çinin Suriyadan İraqa transferi nəzərdə tutulur.
CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, əməliyyat İraq hökuməti də daxil olmaqla, regional tərəfdaşlarla sıx koordinasiya şəraitində həyata keçirilir. Onun sözlərinə görə, İŞİD məhbuslarının nizamlı və təhlükəsiz şəkildə köçürülməsi ABŞ və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcək qaçış cəhdlərinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, 2025-ci ildə ABŞ və tərəfdaş qüvvələr Suriyada aparılan antiterror əməliyyatları çərçivəsində 300-dən çox İŞİD üzvünü saxlayıb, 20-dən çox terrorçu isə məhv edilib.
Açıqlama Suriyanın şimal-şərqində İŞİD məhbusları ilə bağlı son hadisələr fonunda verilib. Suriya Daxili İşlər Nazirliyi isə çərşənbə axşamı bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin şərqində yerləşən Əl-Hol düşərgəsinin mühafizəsindən koordinasiyasız şəkildə çəkilərkən, bəzi İŞİD məhbusları və onların ailə üzvləri azadlığa çıxıb. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır