Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir

Azərbaycanda qatlanan bıçaqların satışının qadağan olunması təklif edilib.
Belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.
Deputat deyib ki, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri ilə bağlı statistika göstərir ki, bunlar daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir: “Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".
Müşfiq Cəfərov qeyd edib ki, müəyyən oyunlar da uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir: "Onların da qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar". XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır