Zakir Fərəcov Samir Bədəlovu vəzifədən azad edəcək? -Video
Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Baku TV Sumayıtdan reportaj hazırlayıb və şəhərdə qanunsuz küçə ticarətinin tüğyan etdiyinin şahidi olub.
Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətində olan Baku TV əməkdaşlarına heç bir açıqlama da verilməyib, necə deyərlər, Zakir Fərəcov da, işçiləri də qaçıb gizlənib.
Bu arada satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb: “Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.
Daha ətraflı videomaterialda:
Qeyd edək ki, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur. Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.
Bəs görəsən Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Samir Bədəlovu bu kimi davranışlarına görə vəzifəsindən azad edəcək?

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub