Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.
Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlət başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri Ümummilli Liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.
O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək, imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır