Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsini ifşa edən daha bir araşdırma ilə çıxış edib. Onun təqdim etdiyi sənədlər Qarayevin nazir kürsüsündə əyləşdiyi dövrdə mədəniyyət sahəsini idarə etmək əvəzinə, ölkə xaricində müxtəlif kommersiya fəaliyyətləri ilə ciddi şəkildə məşğul olduğunu ortaya qoyur. Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı otellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Aşağıdakı faktlar isə bu “qara siyahı”nın əsl miqyasını açır.
Musavat.com yazını təqdim edir:
"Əbülfəz Qarayev mədəniyyət naziri olduğu dövrdə mədəniyyətdən başqa hər şeylə məşğul olub. Panamada "Əlləmə" Hüseynbala ilə şərikli "Rimbo"sundan tutmuş Xorvatiyadakı "Amfiteatr" otelinə qədər mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazmışdım. Sonra məlum oldu ki, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları - balıq , molyusk filan da satırmış. Moskvada Qarayevin "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var”.
Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:
"Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:
- 2004--cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;
- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" otelini alıb;
- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.
- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.
- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");
- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;
- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;
- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;
- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ)
kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır