Azərbaycanda süni intellekt üzrə beynəlxalq bazar təhlil olunub, əsaslı çatbotlar hazırlanır

Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt üzrə Milli Strategiyanı təsdiqlənib və bu, dayanıqlı süni intellekt ekosisteminin qurulmasına yönəlmiş genişmiqyaslı yol xəritəsidir.
Bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda çıxışı zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kommersiya üzrə baş direktoru Salar İmaməliyev deyib.
O bildirib ki, strategiyanın əsas istiqamətləri infrastrukturun yaradılması, insan kapitalının inkişafı və süni intellektin həm iqtisadiyyata, həm də cəmiyyətə fayda verməsini təmin etməkdir: “Bu, asan məsələ deyil, xüsusilə də texnoloji inkişaf baxımından qarşıda bir çox çətinliklər var. Biz artıq beynəlxalq bazar təhlili aparmışıq, ölçmə və qiymətləndirmə metodologiyalarını qlobal standartlarla uyğunlaşdırmışıq və rəqəmsal kodlaşdırmanı dövlət qurumları arasında koordinasiya etmişik. Bu standartlardan dördü artıq qəbul olunub və hazırda vətəndaşlara xidmət göstərir. Bu prosesi sürətləndirmək üçün biz Süni İntellekt Akademiyasını təsis etdik. Bu, milli strategiyamızda əsas mərhələdir. Onun missiyası dünya səviyyəli AI təcrübələrini formalaşdırmaq, tədris və tədqiqat istiqamətlərini inkişaf etdirməkdir. Kurikulum MIT, Stanford, Harvard, Carnegie Mellon kimi aparıcı universitetlərin proqramları ilə uzlaşdırılıb. Lakin bizim missiyamız bununla bitmir. Təhsil müəssisələrinin hüdudlarını aşaraq gündəlik həyata da daxil olur. Bizim sistemlərimiz 98%-lik dəqiqliklə istifadəçilərə hüquqi cəhətdən etibarlı və dəqiq nəticələr təqdim edir, spekulyativ nəticələr deyil”, - Salar İmaməliyev bildirib.
O qeyd edib ki, İRİA beynəlxalq İT şirkəti ilə süni intellekt əsaslı çatbotlar hazırlayır.
“EPAM Systems” şirkəti ilə birlikdə biz süni intellekt əsaslı çatbotlar və məzmunu dərk edən sistemlər inteqrasiya edirik”, - baş direktor vurğulayıb.
Salar İmaməliyev əlavə edib ki, bu sistemlər vətəndaşların niyyətini anlayır, yönləndirir, təklif verir, hətta öncədən hərəkət edərək məsələlərin həllini təmin edir.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır