Lukaşenko ABŞ və Litvanı söydü

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ ondan Litvanın hava məkanını pozan hava şarlarını buraxdığına görə rəsmi Vilnüsdən üzr istəməsini tələb edib.
Belta-nın məlumatına görə, Lukaşenko qeyd edib ki, əvvəlcə Litva özü baş verənləri həll etməlidir.
"Biz amerikalılarla danışıqlar aparırıq. Bu danışıqlar müxtəlif dərəcələrdə davam edir və çətin gedir. Və sözün əsl mənasında həmin şarların uçduğu gecənin ertəsi günü amerikalılar bizə baş verənlərə görə belarusların günahkar olduğu, hakimiyyət orqanlarının, eləcə də Lukaşenkonun dərhal Litvadan açıq şəkildə üzr istəməli olduğu mesajını göndərdilər. Mən dedim ki, "rədd olsunlar…" və sair.
Dedim ki, üzr istəyəcəyik, amma yalnız günahkar biz olsaq. Nəyə görə üzr istəməliyəm? Amma amerikalılar və litvalılar bizdən üzr tələb edirlər. Kim kimi idarə edir? Onlar bizimlə danışıqlar aparan amerikalılara şikayət ediblər. Amerikalılar mənə üzr istəmək üçün məktub göndərirlər. Litvalılar da bizdən üzr tələb edirlər. Amerikalılar onlara əmr veriblər: Lukaşenko üzr istəməyi tələb edin!”.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır