AYNA-nın 100 oyunu var bir sürücünün pulunun başında - Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı VİDEO
Dünyanın bütün inkişaf etmiş və inkişafda olan ölkələrində yol hərəkət nişanları insanların təhlükəsizliyi və rahatlığı baxımından olduqca mühüm məsələdir. Bizdə isə bu məsələ bəzən qanun və təlimatlarla deyil, aidiyyatı qurum məmurlarının subyektiv qərar və “yaradıcılığına” söykənir. Sadə vətəndaşlar isə qalıblar AYNA-nın yaradıcılığı ilə DYP-nin cərimələri arasında.
Bu barədə jurnalist İlham Aslanov yazıb. O bildirib ki, AYNA Radar məlumatlandırma işarələrini bilərəkdən düzgün olmayan yerlərə vurur ki, sürücülər cərimələnsin:
“Adətən Sürət həddi və Radar məlumatlandırma işarələri vətəndaşların rahat və təhlükəsiz sürüşünə xidmət etməli olduğu halda bizdə bir başa cərimələmə, cəzalandırma və stress yaşatmaq üçün tətbiq edilir.
Deməli yeni açılmış Sea Breeze yolunda maraqlı bir halın şahidi oldum. AYNA-nın Radar məlumatlandırma işarəsi DYP-nin stasionar radarının demək olar ki, altında idi.
Əslində isə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən, radar nişanı yaşayış məntəqələrində 50-200 metr, yaşayış məntəqələrindən kənarda isə 150-1000 metr stasionar radardan əvvəldə quraşdırılır.
Bizdə isə bu məlumatlandırma işarəsi stasionar radarın 10 metrliyində quraşdırılıb. Yəqin bu yazıdan sonra o əraziyə bir əl gəzdirərlər.
Bu həm də qəza şəraitinin yaranması üçün president ola bilir.
AYNA-nın Gəncə yolunda quraşdırdığı bu işarələrlə əməliyyatını sizə ayrıca video material ilə təqdim edəcəm”.(Tribunainfo.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır