“Etimad KİDS” bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi
Masazırda yerləşən bağçada nəzarətsiz qalan uşaq pilləkəndən yıxılıb.
Bu barədə Qaynarinfo-ya uşağın atası, Masazır qəsəbə sakini Murad Nurullazadə məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində uşağın baş yarılıb:
“Hadisə oktyabrın 22-də Masazırda yerləşən “Etimad KİDS” bağçasında baş verib. Uşaq yıxılıb və başı yarılıb. Hadisə ilə bağlı bizə heç bir məlumat verilməyib. Uşağı bağçadan götürən zaman onun başında zədələri gördük. Girdim bağça müdiri Məxmər xanımın yanına ki, bu nədir, axı mən bu uşağı sizə salamat verib getmişəm? Niyə hadisə ilə bağlı bizə dərhal məlumat verilməyib? Üstəlik tibbi yardım da göstərilməyib. Bu məsuliyyətsizliyin adı nədir? Məxmər xanım dedi ki, uşaq yıxıla-yıxıla böyüyər, götürün aparın, burada heç nə yoxdur, adi cızıqdır”.
Murad Nurullazadə hadisə ilə bağlı 102 xidmətinə məlumat verdiyini vurğulayıb:
“Sonra uşağı apardım Abşeron rayon Mərkəzi Xəstəxanasına, ilkin müdaxilə olundu. Oradan məni Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərdilər və orada uşağın başına tikiş qoyuldu. Dedilər “Semaşko”da KT-müayinə olunmalıdır. Müayinə olundu və nəticədə travma aldığı göstərilmədi, amma həkim dedi ki, bu cür hadisələrdə 5 yaşa kimi uşaqlarda travma 21 gün müddətində özünü büruzə verir”.
Məsələyə “Etimad KİDS” bağçasının münasibətini öyrəndik. Bağçanın “Instagram” səhifəsində qeyd olunan telefon nömrəsinə zəng etdik. Telefonu götürən şəxs bağçanın müəllimi olduğunu desə də, adını açıqlamaq istəmədi:
“Bir damcı cızıq olub, nə baş, nə partlamaq? Gətirib uşağın başındakı tikişi göstərsin. Belə bir hadisə yoxdur, ortada başqa məqsədlər var. Mən müdirə məlumat verərəm. Uşağın anası-atası ilə özümüz danışacağıq”.(Qaynarinfo)






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır