Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də Vatikana səfər edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Şeyxülislam Allahşükür Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır