Səfər Mehdiyev Kəmaləddin Heydərovu “sildi”
“Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib”.
Bunu keçmiş deputat Etibar Əliyev öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda məmurlar öz sələfərinin fəaliyyətini danırlar:
“Bu inkarçılıq yazılan kitablarda tədbirlərdə özünü açıq şəkildə biruzə verir. “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür. Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə K. Heydərovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə, gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə Komitə mövcud olub…”O xatırladıb ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə qədər Gömrük komitəsinin sədri vəzifəsində çalışıb:
“Səfər Mehdiyevə müxtəlif vəzifələr verib. S. Mehdiyev 2004-2006-cı illərdə K. Heydərovun müavini olub, 2006-cı ildən 2018- ci ilə qədər sədrin birinci müavini, 2018-ci ildən 2022-ci ilə qədər isə Komitənin sədri vəzifəsində işləyib. Məmurların sələflərinə göstərdikləri sayğısızlıq çox pis bir ənənənin əsasını qoyub. Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. K. Heydərovun fəaliyyətini danan bu kitabın çapına 200.000 manatdan çox vəsait xərclənib”.(Yenicag.az)
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır