Elçin Babayevin təqdimatında niyə prorrektorlar arxa plana düşüb? – Mehdiyev faktoru
Prezident Adminstrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onunla bağlı ən müxtəlif məlumatlar yayılır.
Reportyor.info xəbər verir ki, bu məlumatlarda Ramiz Mehdiyevin biznes imperiyasından tutumuş, yaxın ətrafı və onun dəstəyi ilə müxtəlif vəzifələrə təyin olunmuş indiki və keçmiş məmurlardan bəhs edilir.
Bu arada saytımız da maraqlı məlumatlar əldə edib. Həmin məlumatlarda iddia olunur ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də Mehdiyevə yaxın şəxslər siyahısında yer alır. Təsadüfi deyil ki, Ramiz Mehdiyevin xanımı Qalina Yuriyevna və qızı Kamilə Əliyeva məhz Elçin Babayev BDU-ya rektor təyinat aldıqdan sonra bu təhsil ocağında kifayət qədər sərbəstlik qazanıb.
Elçin Babayevin kollektivə təqdim olunması ilə bağlı fotolara baxdıqda bunu daha aydın görmək olur.
Təsəvvür edin, mərasimdə Qalina Yuriyevna BDU-nun prorektorlarından öndə oturub. Halbuki o, universitetdə hər hansı yüksək vəzifə tutmur.
İddia olunur ki, Qalina Yuriyevnaın önə çəkilməsi Elçin Babayevin istəyi ilə olub.
Həmin mərasimdən çəkilmiş fotonu təqdim edirik:
Reportyor.info

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır