Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin yekdilliklə razılığa gələcəyi və Rusiyadan neft alışını dayandıracağı təqdirdə, Moskvaya sanskiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
Tramp bu barədə özünün “Truth Social” hesabında bəyanat verib.
“NATO ölkələrindən bəzilərinin Rusiyadan neft alması şokedicidir. Bu bizim danışıqlar prosesindəki mövqeyimizi çox zəiflədir. Siz hazır olanda, mən də hazır olacam. Mən inanıram ki buna əlavə kimi, NATO-nun bir qrup olaraq Çinə qarşı 50%-dən 100%-ə qədər tarif vergisi tətbiq etməsi və bu rüsumların Rusiya ilə Ukrayna arasındakı müharibə başa çatdıqdan sonra tam şəkildə ləğv olunması da bu ölümcül, lakin absurd müharibənin bitməsinə böyük kömək göstərəcək. Çinin Rusiya üzərində güclü kontrolu var və Çinə qarşı tariflər bu kontrolu qıracaq. Bu, Trampın müharibəsi deyil. Bu, Zelenski və baydenin müharibəsidir. Mən sadəcə bunu bitirmək istəyirəm. NATO dediyim kimi etsə, müharibə tez bitəcək. Əgər bu baş verməsə, siz sadəcə mənim vaxtımı, enerjimi, və Amerikanın pulunu israf edirsiniz”, - Tramp qeyd edib

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır