XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » "Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO

"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO

"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
13-09-2025, 10:34

“Grandmart” mağazalar şəbəkəsindən alınan çörəklə bağlı sosial şəbəkələrdə narazılıq yayılıb.

Müştərinin iddiasına görə, üzərində 09.09.2025 tarixi göstərilən çörəyin hələ saxlama müddəti davam etsə də, məhsulun vəziyyəti normal olmayıb.

"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO

Şikayətdə qeyd olunur ki, mağazada geri qaytarılan məhsulların tarixinin dəyişdirilərək yenidən satışa çıxarılması halları baş verir. Müştəri bunu insanların sağlamlığına risk kimi qiymətləndirib.

32gun.az bildirir ki, “Grand-Mart” MMC-nin nizamnamə kapitalı 12019700 AZN, qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf Oğludur.

"Grand-Mart“ MMC-yə “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi daxildir.(32gun.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.