Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ölən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.
Hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Naxçıvanda bədbəxt hadisə baş verib.
Hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.
İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır