Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiq edib
Prezident İlham Əliyev Milli Məclisin iyunun 24-də qəbul etdiyi Vergi Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik olunması barədə qanunu təsdiq edib.
Yeniliyə əsasən, Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Bu sistem dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.
Qanunda vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır