Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilib - YENİLƏNİB
“Baku Tv” Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə barədə videomaterial hazırlayıb.
Videomaterialda paneldəki müzakirə mövzularına toxunulub.
Bildirilib ki, paneldə regiondakı son vəziyyət, Cənubi Qafqazda ölkələr arasındakı qonşuluq münasibətlərin irəliləməsi, Azərbaycan-Gürcüstan arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılıb.
13.18
Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı panel başlanıb.
“Report”un yerli bürosundan verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər nazirli Arart Mirzoyanın iştirakı ilə keçirilən panel TRT World-ün əməkdaşı Auskar Surbaktinin moderatorluğu ilə baş tutur.
Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri də daxil olmaqla son hadisələrdən sonra Cənubi Qafqaz sabitliyə nail olmaq üçün tarixi fürsətlə üzləşməsi, bu səylərdə Gürcüstanın regional əməkdaşlıqda artan rolu ilə birlikdə regionun gələcəyi üçün mühüm perspektivlər yaratması məsələləri müzakirə olunur.
Paneldə Cənubi Qafqazın dinamikası və regional əməkdaşlıq imkanları, maneələrlə bölünmüş dünyada davamlı, inklüziv inkişaf yollarının araşdırılması məsələlərinə də toxunulur.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır