Kobaxidze Trampa dəstək ifadə edib: Qlobal Müharibə Partiyası asan təslim olmayacaq

Görünür, Qlobal Müharibə Partiyası asanlıqla təslim olmayacaq.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tramp-Zelenski mübahisəsinə münasibət bildirərkən deyib.
“Prezident Tramp və onun sülh administrasiyası minlərlə ukraynalının qətlinin başlamasına görə məsuliyyət daşıyanlar tərəfindən qınanılır. Qlobal Müharibə Partiyası Prezident Trampa qarşı dərhal Cin Şahendən Brüsseldəki müxtəlif rəsmilərədək eyni sözçülərini səfərbər etdi. Dünən sülh istəyən, ukraynalıların taleyinin qayğısına qalan qüvvələrlə ən son ukraynalının ölümünü istəyən qüvvələr arasında aydın xətt çəkildi. Həmçinin bu da aydın oldu ki, Qlobal müharibə partiyası və Dərin Dövlət o qədər də asan təslim olmayacaqlar. Bizim üç ildir ki, mübahisəsini etdiklərimiz bir daha təsdiqləndi – ABŞ və Qlobal Müharibə Partiyası iki ayrı qurumdur. Müharibə tərəfi ilə sülhsevər qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq. Ukraynada müharibə nə qədər tez bitsə, bir o qədər az ukraynalı həyatını itirəcək və bütövlükdə regionda sülh bir o qədər tez bərqərar olacaq. Prezident Trampa bu çətin mübarizədə dözüm və cəsarət arzulayıram”, - Kobaxidze Feysbuk paylaşmında qeyd edib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır