Ukrayna XİN-in müavini Azərbaycana gəldi - Ceyhun Bayramovla görüşdü

20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.
Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.
Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...