İlham Əliyev Paraqvayın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Seferino Valdez Peralta Paraqvay Prezidenti Santyaqo Penyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Paraqvayın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəyə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.
Söhbət zamanı SOCAR ilə Paraqvayın neft şirkəti arasında təmasların olduğu qeyd edilib, iki ölkənin biznes dairələrinin əlaqələrinin yaradılması məsələsi vurğulanıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır