Ordubadın dağlarında meşə zolağı salınıb
COP29 çərçivəsində Ordubad rayonunun Tivi kəndində meşəcinsli ağacların toxumlarının əkini aparıldı...
Poliqon xəbər verir ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına bu il ölkəmizin ev sahibliyi etməsi ilə əlaqədar olaraq 21 noyabr tarixində Ordubad rayonunun Tivi kəndində meşəcinsli ağacların toxumlarının əkini həyata keçirilib.Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri, İcra nümayəndələri, bələdiyyələr və yerli ictimaiyyətin birgə iştirakı ilə 2.5 hektar dağətəyi sahədə salınan yeni yaşıllıq zolağına ümumilikdə 193 kiloqram olmaqla palıd qozası, badam, sumaq, yemişan və itburnu toxumları əkilib. Əkilən sahəyə aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər Ordubad rayonunda mütəmadi olaraq həyata keçirilməkdədir.










Poliqon.info XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var