Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... - ÖZBAŞINALIQ...
Tovuz rayonunun Alakol kəndində, Zəyəm çayının yatağında və kəndin örüş yerlərində qazıntı işləri aparılır. Kənd sakinləri isə bu qazıntı işlərinin qanunsuz olduğunu deyirlər. Bildirirlər ki, qazıntı işləri aparan şəxslərin heç bir hüquqi sənədi yoxdur.
Onların sözlərinə görə, Yusif adlı bir şəxsi qazi adı ilə özünü qabağa verib çayın yatağını qazır, daş-çınqıl, qum çıxarıb satırlar. Bu şəxslər ərazidən keçən, ətraf kəndləri içməli su ilə təmin edən su borularını deşiblər. Nəticədə kənd sakinləri susuz qalıb.
Üstəlik, ərazidəki su filterlərinin də üstü açılıb, təhlükəli vəziyyət yaranıb. Şikayətçilər deyirlər ki, yataq plansız şəkildə qazıldığından çayın axını da dəyişir, bu isə istənilən halda sel təhlükəsi yarada bilər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu unvanladıq. Qurumdan bildirildi ki, müraciətdən sonra nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları həmin əraziyə cəlb olunublar. Yerində aparılmış araşdırma nəticəsində sözügedən ərazidə icazəverici sənədləri olmadan qanunsuz qazıntı işlərinin aparılmasına dair fakt öz təsdiqini tapıb. Aidiyyəti qurum tərəfindən qazıntı işləri dayandırılıb, qanunuvericiliyə uyğun olaraq həmin şəxslərə cərimə tətbiq olunub, həmçinin qazıntı aparan şəxslər ərazidən uzaqlaşdırılıblar.
BakuPost.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...