XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO

Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO

Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO
7-11-2024, 10:15

Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər.


"DogruXeber.az"ın məlumatına görə, Bizim.Media-ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-ya bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:

“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.