Tramla Harris bərabərləşdi - Sabah seçkidir
ABŞ-da prezidentliyə namizədlərlə bağlı keçirilən ən son ümummilli sorğunun nəticəsinə görə, demokrat Kamala Harris və respublikaçı Dinald Trampın şansları bərabərdir.
Bunu NBC Nyus-un sorğusu göstərib.
Harrisin dəstəyinin bir neçə amillə bağlı olduğu bildirilir. Birincisi, onun abort hüququnda əhəmiyyətli üstünlüyü var. Bundan əlavə, medianın məlumatına görə, Harris bir çox seçici tərəfindən orta təbəqənin müdafiəçisi kimi qəbul edilir.
Eyni zamanda qeyd edilir ki, Trampın dəstəyi getdikcə artır, çünki seçicilərin əksəriyyəti ölkənin hazırkı kursundan narazıdır. Respondentlərin təxminən üçdə ikisi ABŞ-ın yanlış yolda olduğuna inanır. Seçicilər həmçinin bir çox amerikalılar üçün ən vacib olan iqtisadi məsələlərdə Trampın əhəmiyyətli üstünlüyünə işarə edirlər.
Amerikada prezident seçkiləri sabah - 5 noyabrda keçiriləcək. Əsas mübarizə Demokratlar partiyasından olan hazırkı vitse-prezident Kamala Harris və Respublikaçılar partiyasından olan eks-prezident Donald Trampdır.


Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var