Ukrayna bu qış hansı əraziləri itirəcək?

Uqledarın itirilməsi Rusiya Silahlı Qüvvələrinə bu qış Donetskin bütün ərazisini işğal etmək imkanı açır.
Bu fikri Almaniya Bundesverinin ehtiyatda olan polkovniki Ralf Tile deyib.
Keçmiş polkovnikin sözlərinə görə, Uqledarın işğal edilməsindən sonra rus qoşunları Donbassda, o cümlədən Krasnoarmeysk istiqamətində də hücumlarını davam etdirir. Bu da böyük strateji əhəmiyyət kəsb edir.
“Ruslar yaxınlıqdadır və hücum mövqelərini gücləndirirlər. Pokrovsk (Krasnoarmeysk) da yəqin ki, uzun müddət saxlanıla bilməyəcək”, - hərbi ekspert bildirib.
Tilenin sözlərinə görə, hazırkı reallıqda Ukrayna Silahlı Qüvvələri uzunmüddətli müdafiəyə keçməyə məcburdurlar; Keçmiş polkovnik vurğulayıb ki, hazırkı hərbi əməliyyatlar kontekstində Ukrayna “daha şiddətli mübarizə aparmalıdır”.
Keçmiş polkovnik həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşdən onun ən mühüm tələblərini yerinə yetirmədən qayıtdıqdan sonra Ukraynanın Donetsk bölgəsinə nəzarəti “gələn qışa kimi puça çıxa bilər”. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var