Livan dünya dövlətlərini İsrailin hücumunun nəticələri barədə xəbərdarlıq edib

Livanın cənubunda hərbi eskalasiya Yaxın Şərqi təhlükəli nəticələrlə təhdid edir, ona görə də bütün tərəflər dialoqa və sülh yolu ilə həll yollarına üstünlük verməlidir.
Bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib deyib.
Onun sözlərinə görə, İsrailin Livana hücumu baş verərsə, bu, xarici oyunçuların iştirak edəcəyi regional müharibəyə səbəb ola bilər:
“Münaqişə təkcə Livan və İsrail üçün deyil, bəlkə də qonşu Suriya və İordaniya üçün dağıdıcı nəticələrə səbəb olacaq, dəhşətli olacaq”.
Nazir əlavə edib ki, Livan hökuməti İsraillə sərhəddə sabitliyi bərpa etməyə və mövcud sərhəd mübahisələrini danışıqlar yolu ilə həll etməyə sadiqdir:
“Bir-birini öldürmək ən yaxşı həll yolu deyil, təhlükəsizliyi təmin etməyəcək, dialoq və sakitliyə ehtiyac var. Beynəlxalq vasitəçilər Livan-İsrail sərhədində hərbi gərginliyi azaltmağa yönəlmiş diplomatik səylərini davam etdirirlər”. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var