Məmurumuz `Ginnesin rekordlar kitabı`nda... - 13 yaşında Elmlər Akademiyasında…
Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin rəhbəri Zaur Mikayılovun digər bir qudası Əsəd Şirinovu da özünə müşavir, digər qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri təyin edib. Qanun buna yol verir. Çünki quda yaxın qohum sayılmır. Ona görə də bu, ailədaxili məsələdir, xahiş edirəm, qarışmayın, qoyun kişi qudalarını başına yığıb, işləsin, əsəbiləşəndə xalqın suyundan doyunca içib, sakitləşsinlər. Baxma da, qudalar bəlkə oddur – onların yanğısını ancaq xalqın suyu ilə söndürmək olar.
Amma diqqət və təəccüb yaradan başqa məqamdır. Bununla bağlı cumhuriyyet.net bildirir ki, Zaur müəllimin qudası Fuad Quliyev Azərbaycan tarixinə və Ginnessin rekordlar kitabına düşəsi adamdır. Onun tərcümeyi halında yazılıb ki, 1977-ci ildə anadan olan bu şəxs 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında işləyib. 13 yaşında Akademiyada işləyən məmura qızıldan büst qoymaq lazımdır, belə qudanın qədrin bil, Zaur müəllim.(Cumhuriyyet.net)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır