Media rəhbərləri ilə biznes subyektlərinin görüşü keçirilə bilər
"Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, agentliyin biznes subyektləri və sahibkarla görüşü nəzərdə tutulub:
"Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazım olduğunu və qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa biləcəyini müzakirə edək. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin görüşlərini təşkil etmək istəyirik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır