İcra başçısından şikayət var
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulaq susuz qalıb.
Verilən məlumata görə, Bakının Xəzər rayonunda yerləşən şəhid bulağının susuz qalması ilə bağlı yerli icra hakimiyyətinə, “Azərsu” ASC-yə və Prezident Administrasiyasına müraciətlər ünvanlanıb.
Lakin heç bir nəticəsi olmayıb. Bu günə kimi şəhid bulağı quruyub və su verilmir. Xəzər rayon icra başçısı Elşən Salahovun edilən müraciətlərə laqeydliyi heç cür anlaşılan deyil.
İH istəsə tezliklə problemi həll edə, şəhidin ailəsini sevindirə bilər. Eyni zamanda, bulağın yerləşdiyi küçənin işıqlandırılması problemi var.
Bu məsələyə də biganə münasibət davam edir. Şəhidlərə və onların ailələrinə diqqət, onların adları ilə bağlı mənəvi dəyərlərə hörmət hər kəsin borcudur.
Xəzər rayon icra başçısı E.Salahov hər gün kondisionerli kabinetində vaxt keçirməkdənsə, əraziyə çıxsın, vətəndaşlarla söhbətləşsin, kimin hans problemi olduğunu öyrənsin, şəhid və qazi ailələrinə baş çəksin, eləcə də Q.Əhmədlinin susuz qalan bulağı ilə əlaqədar ona edilmiş müraciəti yerində araşdırsın, əraziyə getsin – budur İH rəhbərlərinin missiyası…

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır