İran saytında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəxs üzr istəyib
İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.
Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.
“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var.
İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, - elanın mətnində deyilir.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Report”un sorğusu əsasında saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.
Saytın rəsmisi reklamı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?