XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Erməni girovluğunda olan Elnurdan xəbər var

Erməni girovluğunda olan Elnurdan xəbər var

Erməni girovluğunda olan Elnurdan xəbər var
12-05-2017, 15:13

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

xalqxeber.azxəbər verir ki, bu barədə AzVision.az-a girovun atası Elman Hüseynov məlumat verib. O, bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadəyə baş çəkiblər.

“Məktub çox qısadır. “Salam” və “sağ olun” sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: “Salamatam”. Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır”.

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.