"TƏBİB, ərəblərə açıq havada maskasız gəzmək olar?"
Bir neçə il bundan əvvəl İslam Həmrəyliyi Oyunları zamanı "su estafeti" tədbiri ilə əlaqədar ölkə turuna çıxarkən Ağ Göl Milli Parkına da gəlmişdik.
"Wikipediya" deyir ki, parkda ümumilikdə 500 mindən çox quş qışlayır, 140növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınıb".
PİA.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ərəb turistlərin qanunsuz ov etməsinə sərt reaksiya göstərib:
"Yadımdadır, xüsusi icazəmizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil, işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik. Telefona çəkmək istəyəndə narazılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdür, quşları narahat etməyək. Sözün düzü, bunları çox anlayışlı qarşıladıq, hətta sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.
Sözümün canı nədir... Həmin adamlar, haradasız? Dinməz olmusunuz? Hara baxırsınız? Heç utanırsınız? Nə vaxta qədər biz sizin yerinizə utanacağıq? Nə qaldı ki, pula satmayasınız? Abırınızı, əxlaqınızı, mənəviyyatınızı satdınız, atam doymadınız?
TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar "cərimə"lərini öncədən ödəyiblər? Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!".
Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır