XİN-də "köhnə"lərlə "yeni"lərin DAVASI... - İDDİA
İkinci Qarabağ savaşı zamanı Azəraycan prezidentinin yüksək intelekti, misilsiz diplomatik bacarığı və hazırlığı dünyanın bütün informasiya agentliklərini və siyasi dairələrini Qarabağ həqiqətlərinin qarşısında mat durumuna saldı. İlham Əliyev hər kəsə siyasətin dahilərin oyunu olduğunu bir daha sübut etdi. Bu həm də Azərbaycanın xarici siyasi kursunun və diplomatiyasının qələbəsi idi.
Belə bir çətin zamanda Azərbaycanın xarici siyasət kursuna rəhbərlik Ceyhun Bayramova tapşırıldı. Elmar Məmmədyarovun “evdən işləyən” xarici siyasət kursunun uğursuzluğundan sonra diplomatiyamızın bayram edəcəyini düşünənlərin də artıq xəyal qırıqlığına uğradığının şahidi ola bilərik. Diplomatik korpusda baş verənlərin heç də ürəkaçan olmadığını nəzərə alsaq xarici siyasət kursumuzun vəziyyətini düşünmək olar.
Rubrika.Az saytına verilən məlumata görə, Xarici İşlər Nazirliyində yeni rəhbərliyin köhnə kadrlara qarşı “savaş”ı başlanıb. Uzun illər diplomatik korpusda fəaliyyət göstərən kadrlar müsahibə və imtahan yolu ilə işdən kənarlaşdırılır. Hər hansı bir sahədə çalışan əməkdaşların Nazirlər kabinetinin müvafiq qərarlarına əsasən imtahan və yaxud diaqnostik qiymətləndirilməsinin aparılması nəzərdə tutulsa da dövlət orqanlarında çalışan şəxslərin özbaşına qiymətləndirilməsi başa düşülən deyil. Xarici İşlər nazirliyində belə bir imtahanın keçirilməsi istənilən halda anlaşılmazlıq yaradır.
Rubrika.az saytına verilən məlumata görə əməkdaşlara “qiymətləndirmə” zamanı anlaşılmaz, çox vaxt “tapmaca” xarakterli suallar verilir ki. bu da diplomatlar arasında anlaşılmazlıq yaradır. Diplomatlar bildirirlər ki, onlara verilən suallara çox vaxt özlərinin də gülməyi gəlir. Onlar bir şeyi anlamırlar ki, bu qədər çətin diplomatik durumda olan bir ölkəni təmsil edən diplomatları “cırtdanın sualları” ilə sınağa çəkmək kimlərin marağına xidmət edir? İnternetdən çıxarılan. Imtahan edənlərin özlərinin belə cavabını bilmədiyi qeyri-müəyyən, daha çox pullu intellektual oyunlara xas olan suallarla diplomatları imtahana çəkməklə cənab Bayramov kimlərin maraqlarını qoruyur?
Ümumiyyətlə aparılan imtahanlar hansı qanunverici aktlarla nizamlanır və hansı beynəlxalq normativ aktlara uyğundur?
Xarici İşlər Nazirliyində baş verən son proseslər ölkəmizin xarici siyasi kursunda hansı dəyişikliklərə yol açacaq?
Mövzuya qayıdacağıq.
Rubrika.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır