Maliyyə Nazirliyi yoxlamalarda gecikib - Daldan atılan daş...
Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb. Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır. “Azərxalça” ASC-nin yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin ASC-nin bütün müəssisələrində də bu araşdırmalar davam etdirilir.
Yoxlamaların effektiv nəticə verib-verməməsinə dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Maliyyə Nazirliyinin funksiyalarından biri dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı araşdırmalar aparmaqdır:
“Təəssüf ki, “Azərxalça”nın rəhbərliyi ilə bağlı həbs tədbiri görüləndən sonra bu yoxlamalara başlanıldı. Bəlkə də, Maliyyə Nazirliyi araşdırmaları öncədən aparsaydı, neqativ halların qarşısını almaq daha tez olardı.
Ona görə də “Azərxalça”dakı xoşagəlməz hadisələr bir növ örnək olmalıdır. Büdcədən ayrılan vəsaitlərlə bağlı həm Hesablamalar Palatası, həm də Maliyyə Nazirliyi öz səlahiyyətlərindən daha ciddi istifadə etməlidir.
Çünki sonradan üzə çıxan korrupsiya faktlarından məlum olur ki, büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və bu sahədə kifayət qədər problemlər yaşanır. Maliyyə Nazirliyi qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində müəyyən yoxlamalar apara bilər.
Lakin bu yoxlamalar hansısa neqativ hadisələr baş verəndən sonra yox, əvvəlcədən olmalıdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır