Baş Prokurorun müavini həbs edilən qazi ilə bağlı PROTEST VERDİ
Həbs edilən qazi ilə bağlı Baş Prokurorun müavini protesti verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Vətən Müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin məhkəmə iclas zalında həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdır.
Müəyyən edilmişdir ki, Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilmişdir.
Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilmişdir.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır